Söz Bulaq loqosu

Şair

Məhəmməd Hadi

1879 (Şamaxı) – 1920 (Gəncə) · Quzey Azərbaycan

Janrlar lirik şeir, qəzəl, rübai

Məhəmməd Hadi

Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə (1879, Şamaxı, Bakı quberniyası – may 1920, Gəncə) — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin araşdırıcısı, Tatar süvari alayının imamı. Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi.

Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur.

Kataloq

Şeirlər

71 şeir
  1. Birinci Dumanın iniqadı münasibətilə söylənmişdirOlub əfradi-millətdən bu gün təşkil bir məclis,
  2. Mücahidi-MillətEy toxmpaşi-məzrəeyi-elmü mərifət!
  3. Məktəb şərqisiMəktəb nə demək? Şəmsi-şəbistani-cəhalət.
  4. QələməƏla, ey bülbüli-ürfan, vətən bağında fəryad et,
  5. Türkün nəğməsiTürkün tökülən qanları bihudə gedərmi?
  6. Biz nə haldayıqƏcanib qıldı hər bir karın itmam,
  7. DiləkYüksək dilək, ay dilək,
  8. Maarifə dairŞükufəzari-ədəb nəfhəbəxşi-vicdandır,
  9. MəktəbMəktəb nə demək? Xadimi-qüdsiyyəti-millət.
  10. Qızlar bağçasıİştə bir aliheyi-hüsnü cəmal,
  11. Təraneyi-qəmpərvəranəCahanə gəlmədən məqsəd nədir insanə, bilməm ki?
  12. Amali-tərəqqiHəqiqi arizumuz intizami-hali-millətdir,
  13. Rəhgüzari-mətbuatda lövheyi-şəfqət, yaxud üç zavalliNədir bu lövheyi-şəfqət ki, rəhguzardədir?
  14. İzhari-qədrdaniDüha! Ey baği-lahutun həzari-nəğmə pirası,
  15. Şeyxlərə-işanlaraAfərin olsun sənə, ey "filusuf"i-zifünun!
  16. ŞüurKurluqdan nə yetər, aşiqi-nur olmalıyız,
  17. Duşizeyi-hürriyyətəDüxtəri-napakdamən sanmayın hürriyyəti,
  18. Ey pəriyi-istiğna!Hicrin misalı canımı yandırdı vüslətin,
  19. Hissiyyati-madəranəİştə növzadın edib zibi-kənar,
  20. Molla NəsrəddinəZənn etmə bizi qabili-ülviyyət, a Molla,
  21. TəavünNaili-bər olmaz insan qılmayınca bəzli-mal,
  22. Təraneyi-əhraranəCahan yeksər münəvvər oldu nuri-ədlü ra'fətdən,
  23. Şirvan xatirati rövşənayi-leyldə bir xərabəzarin mənzərəsiMehtab bir şəb idi, hava müşkbar idi,
  24. Ədibi-şəhir Həsən bəyin ruhuna ithafBu gündə qədrşünasan qəriqi-möhnətdir,
  25. BülbülMəftuni-şükufəzar bülbül,
  26. Fəzaili-insaniyyəİnsan o zatdır ki, vəzaifşünas ola,
  27. Kimdən kimə şikayət edəlimİnləyir bari-qəm altında vətən, imdad yox,
  28. Məhbubeyi-ruh – mənfureyi-ruh və mükalimələriMəhbubeyi-ruh
  29. Amali-vicdanNihali-eşqi-əbnayi-bəşər xatirnişanımdır,
  30. Axşam tənəzzöhləriBaharın abü həvasından istifadə üçün,
  31. Bədayeyi-təbiətƏrzi-rüxi-bəhcət ediyor lövhi-təbiət,
  32. Qələm nə söyləyir?Eşit, millət, qələmdən bir hekayət,
  33. Səhneyi-mübarizeyi-həyatda şanli insanlarGirdbadi-həyat önündə bəşər,
  34. Bu da bir həqiqətAşiqi-sadiqləriz, pünhan deyil bürhanımız,
  35. Məşriqdən bir sədaQaranlıqdan çəkək əl, gər ziyayi-nur lazımsa,
  36. MəşuqəməVəhşi baxışın göstəriyor qaçmağı, amma
  37. Təxəttüri-maziBir zaman, ah ki, bir tair idim azadə,
  38. UlduzlaraEy aləmi münəvvər edən cürmi-afitab,
  39. Vətənin nidasıBəsdir, yetər artıq, dur, oğul, dur, daha yatma!
  40. İşıq və təzə aləmBaği-vətənə axmada mizabi-təcəddüd,
  41. Əksi-ənini-VətənBu gündə ağladır afaqı ahü vayi-vətən,
  42. Əlvida, yaxud acı bir iqrarAh, bədməstü xərabız cümləmiz bir camdən,
  43. Ah, kimsəsiz vətən!Ey atəşi-cəhalətə büryan olan vətən!
  44. Bir mütəəllim rəfiqimin fotoqrafına qarşı söylənmişdir[Rəşad]! Ey mayeyi-arami-canım!
  45. Mələkim, nədir o?Nuri-vəfamıdır nigəhindən uçan ziya?
  46. Saqiyə bir niyazi-ricaməndanəSaqi, ələ al cami-səfabəxşi-rəvani,
  47. Sevgili şagirdlərimizə ərməğanDəbistan bir baharistan, onun əzhari ürfandır,
  48. Zavallı könlümXərababadi-qəmdir eşq ilə e'mar olan könlüm,
  49. DilənçiGötürüm bir səfili-cadənişin,
  50. Hübbi-vətənXoşca tənzir etməyə övladi-millət halını,
  51. Nəvəhati-həyatCahan didəmdə durmuş bir zülamabad halında,
  52. Təsviri-bədayeBu sün'gah nədir? Zadeyi-təbiətdir -
  53. Əməli-müxəyyəlEy baği-əməl, açıl, bahar ol,
  54. ƏqlCahanda əql misli varmı rəhbər?
  55. Əziz dostum!İki şey yarı yardan ayırar:
  56. Fədakarliq-mərdanəlikPay dər qeydi-əsarət yaşamaqdansa əgər,
  57. Gül, sevdiciyim, gül!Dil istər ibtisamını, gül, ey nigar, gül!
  58. Gülbərgi-pərişanHəsəd ol millətə kim, aşiqi-həqiqətdir,
  59. HalımızOlsa dəryalar mürəkkəb, səfheyi-aləm kitab,
  60. Lövheyi-baharXürrəm olur bahar görəndə xüramini,
  61. Mənaziri təbiətBaxılsa eyni-həqbin ilə aləm Turi-Sinadır,
  62. Nəyimiz var?Nə iste'dadi-ülviyyət, nə də ürfanımız vardır,
  63. Pəriyi-vicdanDüxtəri-napakdamən sanmayın hürriyyəti,
  64. Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir və iraə edən bir lövhədirSüyuli-qəm ediyor qəlbimi xərab mənim,
  65. El-fəryadıHürriyyət ilə millət edər kəsbi-məali,
  66. Həqiqi bir xəyal, yaxud bir lövheyi-səmalEy kainati-fikrətimin şəmsparəsi,
  67. Rüfəqadan birinin məktubuna yazilan məhəbbətnamədirEy namə, sən ol kuyi-vəfadənmi gəlirsən?
  68. Sofiyə-ZahidəSofi! Gəl öyrən həyatın tərzini heyvandən,
  69. Aliheyi-hürriyyətə!Bir qaranlıq gecəydi, tutmuş idi -
  70. EydiyanəGəl, ey bəhari-təcəddüd, güzər qıl İranə,
  71. Yazıq millət!Səfalət bizdə, zillət bizdə, hər dürlü bəla bizde,