Söz Bulaq loqosu

Məhəmməd Hadi

Səhneyi-mübarizeyi-həyatda şanli insanlar

Şeirlər
Girdbadi-həyat önündə bəşər,Müttəsil, mütəssil digirləniyor,
Düşüyor, qalxıyor, sürükləniyor...Fitrətin qüvvətilə pəncələşər.
Atılıbdır, zavallı tək duruyorDuşi-ömründə bari-qəhri-həyat,
Var məişət yolunda min əqəbat,Qoşuyor, atlayor, yuvarlanıyor.
Çıxıyor rahi-əzminə dağlar,Gah coşqun, məxof bir dərya.
Qə'ri müzlim, kənarı-napeyda,Sərbəduşi-xəyal olur, ağlar.
Qoşuyordu bu bir həqiqət üçün,Yə'ni bir arizuyi dərdəstə -
Uçuyordu peyində peyvəstə.Şu məvane' kəsir yolun nə üçün?
Yari-amal üçün gedirdi, vəliKəsiyor yə'slər bunun yolunu,
Qırıyorlar ümidinin qolunu.Tərk qılsınmı şanlı bir əməli?
Ağlayır, ağlayır, cihata baxar -Görmək üçün məşaili-irşad,
Guşi mövquf seyheyi-imdad.Ah! Yer-göy bütün sükunətzar.
Zəhrəçak etməsinmi insaniBu sükuti-əmiqeyi-fitrət?
Məşrəbi-laübaliyi-xilqetBöylədir, yox lisani-ə'lani.
Qət'i-ümmid edəndə hər yerdən -Başqa imdadə e'timad edəməz,
Fikri-mövhumə istinad edəməz,İstər irşadi əqli-ənvərdən.
İştə əzmində qəhrəman insan -Anlar övhamdan səmər yoxdur,
Əqldən başqa rahbər yoxdur,Rahi-amalına olur puyan.
Daha çıxsın dilərsə min əqəbat, -Aldırırmı? Uçar xəyal kimi.
Önündə əməl,Yə'si dalda qoyar zilal kimi,

Böylə millət olur səzayi-həyat.