Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Məhəbbət və eşqA dağlar, bizim dağlar,Sizə var sözüm dağlar.Qurbanam qara gözlü,Yarıma özüm, dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, bizim dağlar,Sizə var sözüm dağlar.Ala gözli ceyrana,Vurğunam özüm dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, qarlı dağlar,Ətəyi barlı dağlar.Yar yadıma düşəndə,Ürəyim yara bağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, qarlı dağlar,Meyvəli, barlı dağlar.Yarıma yol göstərin,Gözəl, ilqarlı dağlar.Oxu və paylaş →
- Bayatı · Ana və ailəA dağlar, qaşlı dağlar,Qaşı sal daşlı dağlar.Biri tək dayanıbdı,Biri qardaşlı-dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, daşdı dağlar,Səndən kim aşdı dağlar?Gözlərim yuxu tutdu,Ceyranım qaçdı dağlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarA dağlar, sona dağlar,Söz yetməz sona dağlar.Yaz fəsli göllərində,Çalxanar sona, dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, uca dağlar,Dərdbilən qoca dağlar.Qoy axtarım yarımı,Verərəm bac a dağlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətA dağlar, uca dağlar,Hamıdan qoca dağlar.Ayrılıqdan üzüldüm,Mən dözüm necə dağlar?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarA dağlar, uca dağlar,Qar belin quca, dağlar.Ovçusu cavan ölmüş,Maralı qoca dağlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatA qaratikan kolları,Tutma keçid yolları.Gəlin uşaqlı gedir,Çirməklidi qolları.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatA quşlar, ağa quşlar,Qonubdu bağa quşlar.Kəsdilər ağacları,Uçuşdu dağa quşlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarA mənim turac könlüm,Qırğı gəldi, qaç könlüm.Çəkil dağlar başına,Qəm kitabın aç könlüm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatA yel baba, dur gedək,Madyanını sür gedək.Bir qapının qıfılın,Min qapıya vur gedək.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarAçdım, açdım gül oldum,Boy atdım, sünbül oldum.Bir dil bilməz quşuydum,Oxudum, bülbül oldum.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarAçılaram gün kimi,Oxuram bülbül kimi.Gönlümə dəyən olsa,Sarallam sünbül kimi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAxar sular axmasın,Quş qanadın çaxmasın.Gedin, deyin yarıma,Öldüm, yola baxmasın.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAxşamlar, ay axşamlar,Şamlar yanar axşamlar.Evli evinə gedər,Qərib harda axşamlar?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğ alma xallanıbdı,Ağacdan sallanıbdı.Almanı göndərən yar,Kimlərə aldanıbdı?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğ alma, qızıl alma,Nimçəyə düzül alma?Çirkin al nəcib olsun,Bəd əsil gözəl alma.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAğ almanı dişlədim,Dişlədim, gümüşlədim.Qardaş gəldi qıymadım,Yar gəldi bağışladım.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğ at, yalın qurusun,Xəttü xalın qurusun,Apardın gətirmədin,Görüm nalın qurusun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğ çuxan ağlı qalsın,Boxçada bağlı qalsın.Bizi ayıran yağı,Ciyərin dağlı qalsın.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAğ maya düzdə qaldı,Yükü Təbrizdə qaldı.Oğlanı dərd apardı,Dərmanı qızda qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğac başında VəliAltında yaşıl xəli,Allah muradın versin,Ya Məhəmməd, ya Əli!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğac əkili qaldı,Yaxam söküli qaldı.Hamı murada çatdı,Boynum büküli qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğacdan quş tutaram,Qanadın boş tutaram.Desələr yarın gəlir,Bir ay oruc tutaram.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkAğlaram özüm Allah,Kor oldu gözüm Allah.İl gəldi başa çatdı,Mən necə dözüm Allah.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAğlasa anam ağlar,Birisi yalan ağlar,Sən ağlama, anacıyım.Səsin yürəgim dağlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAğlayarlar, gülərlər,Göz yaşını silərlər,Keçən yurdun qədrini,Düşən yurdda bilərlər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğrıdağı ağrımdı,Hər yarama sarğımdı,İrəvanın bağlarıMənim qara bağrımdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğrıdır yara məni,Təbib yox, yara məni.Burda bir kimsənəm yox,Yetirin yara məni.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAllah məni xar eləmə,Qulağımı kar eləmə.İnkir-Minkir gələndə,Dilimi lal eləmə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAlma atdım qızlara,Dığırlandı düzlərə.Bir gün peşman olarsan,Danışdığın sözlərə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAlma versəm almazsan,Sən almadan qalmazsan.Hansı bağın gülüsən?Açılarsan solmazsan.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAman, aman ayrılıq,Olur yaman ayrılıq.Eşidəndə başımdan,Qalxır duman ayrılıq.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAman amana qaldı,Halım yamana qaldı.Yarın gül üzün görmək,Axır zamana qaldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkAman fələk, ax fələk.Çıx bacadan bax, fələk.Mənə elçi gəlməsəGet evini yıx, fələk!Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkAman fələk, dad fələk,Heç olmadın şad fələk.İçirdigin şərabdan,Özün də bir dad, fələk.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAna başa tac imiş,Hər dərdə əlac imiş.Bir övlad qocalsa da,Anaya möhtac imiş.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatApardılar gülümü,Eylədilər zülümü.Nə qoydular danışam,Nə kəsdilər dilimi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraqçını yan qoydum,İçinə biyan qoydum.Vətənə keç baxanınÜrəyinə qan qoydum.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAraz axar, yan gedər,Üstündə min can gedər.Yaramı yar bağlasın,Yoxsa axar, qan gedər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz axar yan verər,Səsi mənə jan verər.Yaramı möhkəm bağla,Bağlamasan qan verər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz, Araz, xan Araz.Dağlardan axan Araz,Yardan bir xəbər gətir,Evimi yıxan Araz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz, Araz, xan Araz,Dəryaya baxan Araz.Nişanlım gəmidədi,Gəl, eyləmə qan Araz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz başdan lil gələr,Dəstə-dəstə gül gələr,Neylərəm belə yarı,Ayda-ildə bir gələr.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz buruldu, getdi,Suyu duruldu, getdi.Mən dedim yar incidi,Demə yoruldu, getdi.Oxu və paylaş →