Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız,Kizbdən varəstə qalmış, şükr olsun, canımız.
İstəriz doğsun həqiqət, sədmeyi-əfkardən,Bizcə məslək bu, bilinsin şöhreyi-ürfanımız!
Gecmi-tezmi, bilməm, amma haqq edər bir gün zühur,Kəsbi-itmi'nan qılmışdır buna vicdanımız.