Söz Bulaq loqosu

Məhəmməd Hadi

Təavün

Şeirlər
Naili-bər olmaz insan qılmayınca bəzli-mal,Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal.
Nəf verməz şəxsə istiqbalda övladi-vəsim,Mənfəətbəxşaydır insanə bir qəlbi-səlim.
Calisi-təxti-maarif olmağa himmət gərək,Pərvərişyabi-fünun olmaqlığa cövdət gərək.
Pərgüşayi-e'tila olmaqçın övladi-vətən,Şəhpəri-himmət gərəkdir olsun, ey əhli-fətən.
Şurəzarə saçmayın toxmi-əməl, verməz səmər,Kəştzarə danə saç, vaxtında bəxş etsin bəhər.