Cahan yeksər münəvvər oldu nuri-ədlü ra'fətdən,Bizik məhrum olan yalnız bu feyzi-adəmiyyətdən,
Diriğa, müstəbidlər çəkməz əl hübbi-riyasətdən,Cinayətdən, şəqavətdən, dənaətdən, zəlalətdən,
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!
Əlindən və'deyi-ne'mətlə xəlqin alma vicdanın,Xəzani-vəhşətə daldırma ünsiyyət gülüstanın,
Riyasətdən ötər tökdürmə məxluqi-xuda qanın,Eşitməzsənmi, zalim, bivələr ahü əfğanın?!
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!
Dili-əhrari sən sındırdığın peymanə döndərdin,Ədalət və’dəsin qəlbindəki vicdanə döndərdin,
Vətən gülşənsərasin bir müğilistanə döndərdin,Yetər, məzlumlar qəlbin cəfadən qanə döndərdin,
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!
Xəyalın hübbi-cahü şanü şövkətdir əgər, bəsdir!Muradın binəva məxluqə sətvətdir əgər, bəsdir!
Sənə mətlubi-mütləq mütləqiyyətdir əgər, bəsdir!Qəsavətdir əgər bəsdir, ləcacətdir əgər, bəsdir!
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!
Daş olmuşmu məgər qəlbin, yetər, bu zülmdən ar et!Yetər məxluqe bunca e'tisafü zülmü azar et!
Qazandın nifrəti-aləm, utan, təğyiri-ətvar et,Vətən viranəsin minbə'd gili-ədl ilə e'mar et!
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!
Xəyal et, müstəbida! Öldürən millət, ölən millət!Vətən viran, cəhalət xəsmi-can, məfqud əmniyyət,
Rəiyyət binəva, gün-gündən artar qətlü həm qarət,Cəmi'-əhli-vicdan böylə halətdən edər nifrət.
Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!
Nədir dövlət, onun hifzində millət etməsə şirkət?Nədir millət, himayə qılmasa hərgah ona dövlət?
Qalır zülmətdə hərgah olmasa ənvari-hürriyyət,Nə hürriyyət? Siratül-müstəqimi-hifzi-milliyyət
Usan zalim, usan, əl çək qəsavətdən, ləcacətdən!Qutar bu milləti-məzluməni qeydi-əsarətdən!
Biz vətən viranəsin ədl ilə abad istərik,Seyli-ədl ilə binayi-zülmü bərbad istərik,
Millətin qəlbi-həzinin xürrəmü şad istərik,Sevmərik qeydi-əsarət, xəlqi azad istərik,
Xəlqi azad istərik, qanunə münqad istərik.Etmərik qanuni-şər'i-Əhmədidən inhiraf,
Vurmarıq biz yavəgulər tək əbəs lafü kəzaf,Çünki var jəngi-qərəzdən qəlbimiz mir'ati-saf,
Ayrı bir məqsudəmiz yoxdur, ey əhli-e'tisaf,Zülmə var ikrahımız, dad istərik, dad istərik.
Zülfi-xubantək əcəb olmuş pərişan halımız,Vay əgər kim, halımız tək ola istiqbalımız,
Getdi əldən qəflət ilə şani-qaləl'alımızBu əsarətdir bizim əsbabi-izmehlalımız,
Saliki-gümgəştəyik biz, əhli-irşad istərik.Ey qərəz əhli, usan əhrari təkfir etmədən,
Kelmeyi-hürriyyəti-əlhadi təfsir etmədən,Ar qıl həqguləri tə'kidlə təkdir etmədən,
Məqsədin şəxsi qərəzdir bunca təzvir etmədən,Biz qərəz əhlin onunçün tərdü ib’ad istərik.
Zülmdən gər əhli-istibdada sətvətdir qərəz,Hübbü cahü həşmətü iqbalü şövkətdir qərəz,
Leyk biz əhrarə aləmdə ədalətdir qərəz,Həm ədalət, həm müsavatü üxüvvətdir qərəz,
İnqiyadi-ədlə biz məxluqi mö'tad istərik.Huri-hürriyyət, əya, məhbubi-şuxü dilşikar!
Bəsdürür qıldın niqabi-zülm içində istitar,Yandı nari-hicrin ilə aşiqi-məftunü zar.
Aşiqin mə’şuq edərmi bunca əğyar içrə xar?Canü dildən vəslini, ey şux, şəyyad istərik.