Mehtab bir şəb idi, hava müşkbar idi,Afaqə nur axardı, səma ləm'əzar idi.
Azadeyi-küdurət idi səhni-asiman,Dahilərin xəyalı kimi tabdar idi.
Tabişgəhi-həqiqət olan lövhi-kainat,Mir'ati-şə'ni-aliheyi-ruzgar idi.
Safiyyəti-fəzayə axanlar sanardı kim,Ayinədir fəza, qəmər əksi-nigar idi.
Bir tərzi-nəşvəzadə məsabihi-xəndəriz...Bilsən, ziyaları nə qədər dilşikar idi!
Bənzərdi asiman sədəfi-dürrpərvərə,Səyyarələr içində düri-şahvar idi.
Dəryayi-bihüdud idi çərxi-zümürrüdin,Könlüm misalı mövczənü biqərar idi.
Bəhri-zümürrüdində bu fəvvareyi-ziya,Yə'ni ki, mah aləmə pərtövnisar idi.
Ə'maqi-ruhdən gəliyordu həzin səda,İlhami-qeybə qarşı dilim guşdar idi.
Cəbrili-ruh, rəfrəfi-qüdsaşiyanənin -Tutmuş zimamın, əzmgəhi bəzmi-yar idi.
Fikrim sarındı rəfrəfi-lahütmənzərə,Pərvaz qıldı məhşəri-əsrarpərvərə.
Seyr eylədim bu aləmi-balayi-vəhdəti,Zibi-nigahi-ibrətim əsrari-yar idi.
Gəzdi, dolaşdı rəfrəfi-ruhim cahanları,Məşhud olan sərair ilə nəş'ədar idi.