Söz Bulaq loqosu

Məhəmməd Hadi

Ədibi-şəhir Həsən bəyin ruhuna ithaf

Şeirlər
Bu gündə qədrşünasan qəriqi-möhnətdir,Bu gündə çeşmi-ədəb əşkrizi-həsrətdir.
Bu gündə qırxı tamam oldu ol ədibin kim,Demək olurdu ona qəhrəmani-hümmətdir.
Bu xabgahi-əbəddə yatan vücudi-əzizQəriqi-lücceyi-qüfran, qərini-rəhmətdir.
İtirdik, ah, əcəb bir vücudi-fəyyazi!Demək olurdu mücəssəm o bir həmiyyətdir.
"Həsən, Həsən!" - deyə dillər bu gündə növhəsəra,Həsən! O piri-müqəddəs, ədibi-ümmətdir.
Fəraği-xatir ilə yat məzari-pakinde,İlələbəd sənə millət rəhini-minnətdir.
Bu gün vətəndə nümüvv eyləyən nihali-kəmal,Sən əkdiyin o gözəl daneyi-həqiqətdir.
Cahanda məzrəələr danəpərvər olduqca,Cahaniyanə adın mayeyi-şərafətdir.