Məftuni-şükufəzar bülbül,Xanəndeyi-xüldzar bülbül,
Pirayeyi-laneyi-məani,Bəhcətgəhi-eşq tərcümani.
Oturmuş gülşəni-amaldə irşad edər bülbül,Oxur əlhani-ürfan, nəğmələr inşad edər bülbül,
Müəssir ləhcələrlə könlü oxşar, şad edər bülbül,Şaqır, cəh-cəh vurar, ibrazi-iste'dad edər bülbül,
Əməlzarində bir ümmid üçün fəryad edər bülbül.Əməlzari-fənada sanki doğmuş sübhi-amali,
Edər nəşri-ziya afaqə nəcmi-bəxtü iqbali,Uçar sərbəst gülşəndə açılmış şəhpərü bali,
Əsarətpərvəranə qibtəbəxş olmaqda əhvali,Şu hürriyyət baharında nələr dəryad edər bülbül!
Solub övraqi-bərraqi səfa qalmazsa sünbüldə,Bitəndə xarü xəslər cilvəgahi-qönçəvü güldə,
Olanda xeyməzən zağan tərənnümgahi-bülbüldə,Bu hissiyyati-riqqətza olur surətnüma dildə,
Cahanı titrədir, fəryadi-istimdad edər bülbül.Nə dəm ağazi-pərvaz etsə şəhbazi-cəfamö'tad,
Olursa xətvəndazi-çəmən səyyadi-istibdad,Olur cəm'iyyəti-mürğan yədi-bidad ilə bərbad,
Şu ülfətgahi-əmniyyət kəsilmiş şimdi zülmabad,Dəmadəm nifrəti-övladi-istibdad edər bülbül.
Məzalim bəzmgahi-işrətində zövqyab olsun,Nə qəm, yansın, yaxılsın, zülm görmüşlər kəbab olsun!
Dilərsə seyli-istibdad ilə aləm xərab olsun!Şu işrətgahin, ey zalim, düçari-inqilab olsun!
Cəfadən, zülmdən gülşəndə ahü dad edər bülbül.Nə yerdə eyləsə dərdəst sazin mütribi-bidad,
Qaçar huri-ədalət, rəqs edər ifriti-istibdad,Şu yerdə ərzi-didar eyləməz dildari-iste'dad,
Edər hürriyyət ilə kəsbi-rövnəq təb'ü iste'dad,Boşansa həbsdən, ehrazi-iste'dad edər bülbül.
Nəsimi-sübhi-hürriyyət vəzan olduqda əfkarə,Səmərbəxşayi-feyz olmazmı fikri-bikr əhrarə?
Verilməz isə abi-tərbiyət əzharü əşcarə,Edərmi kəsbi-iste'dad gülşən barü əsmarə?
"Edək təhsili-hürriyyət” sözün övrad edər bülbül.Bahari-feyzə irməzmi xəzanistanımız, bilməm?!
Səbahi-vəslə yetməzmi şəbi-hicranımız,bilməm?!Təcəlla eyləməzmi dilbəri-vicdanımız, bilməm?!
Rəvayihbəxş olmazmı güli-ürfanımız, bilməm?!Çiçəklər ərzi-əndam eyləsə, fəryad edər bülbül.