Söz Bulaq loqosu

Məhəmməd Hadi

Təxəttüri-mazi

Şeirlər
Bir zaman, ah ki, bir tair idim azadə,Əcəba, kim məni saldı bu xərababadə?
Pürsürur idi könül, qüssə nədir bilməz idim,Nəş'ədari-meyi-hürriyyət idim mənadə.
Pərküşayi-mələkut olmada mürği-dilü can,Seyri-xüld eylər idim cilvəgəhi-baladə.
Hürr uçurkən məni seyd eylədi şəhbazi-qəza,İndi dərqeydi-cəfayəm qəfəsi-dünyadə.
Qəm nədir bilməyərək hürr yaşardım, heyhat,Düşməmiş olsa idim saheyi-qəhrabadə!
Batar ümmani-xüruşandə zövrəqçeyi-ömr,Baxaram hər tərəfə, yox yetişən imdadə.
Bəsləyib bir gülü min nazlə gülzari-fəna,Doymadan xəndəsinə tərk ediyor həp badə.
Ələmi-layətənahinin əlindən, Hadi,Yeri vardır nə qədər gəlsən əgər fəryadə.