Söz Bulaq loqosu

Məhəmməd Hadi

Ulduzlara

Şeirlər
Ey aləmi münəvvər edən cürmi-afitab,Müşkati-şö'lədar, şəbəfruzi-mahitab,
Kövkəblər! Ey fəzadə məsabihi-xəndədar,Pirayəsaz qə'ri-səmavati-biqərar.
Uçsaydım, ah, mən o müəlla cahanlara!Yüksəlmək ən böyük əməlim asimanlara.
Artıq xilas olur da əlindən fəlakətin,Görməm vücuhi-dəhşətini ərzi-vəhşətin
Mən də sizin kimi olub azadəsər o dəm,Eylərdi tərk bəlkə məni pənceyi-ələm.
Nifrət edər könül bu gün ətvari-adəmə,Döndərdilər əvalimi bir dari-matəmə.
Kövkəblər! Ey səmani-müzəyyən qılan nücum,Etmişmidir o yerlərə də seyli-qəm hücum?..
Sizlərdə də bəşər kimi qəddar varmıdır?Qan tökməyə həris, sitəmkar varmıdır?
Azadəsər deyilmisiniz qilü qaldən?Ləzzətlənirsinizmi bəşər tək qitaldən?
Siz də bizim kimi əcəba ibtiladəmi?Meydani-hərbdə gecə-gündüz vəcadəmi?
Zənnim budur ki, sizdə də xunkar yox deyil,Can almağa şərirü cəfakar yox deyil.
Bu iş uzaqmı? Qabili-iskan denir sizə,Bədbəxt ərzimiz kimi imkan denir sizə.
Əxtərlər! Ey ziyaları titrək sitarələr,Baziçə eyləmişmidir sizi də pənceyi-qədər?
Zərrati-kainat bədayenümundur,Hər zərrəsi dəlaili-rəbbül-şüundur.
Asari-həqqə biz kimi yox sizdə iştibah,Tə'lifdir cahan, müəllifinin namıdır ilah.
Afaqə həp baxılsa ki, darülfünundur,Zibi-üyun edər o ki hikmətnümundur.
Cahan sərasər meydani-cəngi-fitrətdir,Mükəvvinat bütün saheyi-rəqabətdir.
Cahan mübarizə səhrasıdır həqiqətdə,Vədiədir bu həqiqət məvadi-xilqətdə.
Həmişə acizi qalib zəlilü zar edəcək,Qəvi zəifi zəbunü səfilü xar edəcək.
Cidalgahi-fənadə yazıq fəqirlərə,Yazıq, günah şu məhkum olan əsirlərə.
Müəmmər olduğuca növhəzar fitrətdə,Səfalət ilə yaşar təhti-bari-zillətdə.
Qəmin əlindən, ilahi, ürək dönüb qanə,Qanadım olsa da, uçsam vərayi-imkanə!