Söz Bulaq loqosu

Məhəmməd Hadi

Vətənin nidası

Şeirlər
Bəsdir, yetər artıq, dur, oğul, dur, daha yatma!Namusu, həyanı, ədəbi uyquya satma!
Ey sevgili övlad, ayıl, Allahı sevərsən,Gün doğdu, hamı durdu, yatan bircə özünsən.
Yoldaşlarına, sil gözünü, yaxşı bax, oğlum,Onlar yetib istəklərinə, sən uzaq, oğlum.
Başdan papağın, ya başını qapdıracaqdır -Ol yol gedən adəm ki, yol üstü yatacaqdır.