Söz Bulaq loqosu

Məhəmməd Hadi

İşıq və təzə aləm

Şeirlər
Baği-vətənə axmada mizabi-təcəddüd,Canbəxş oluyor qönçələrə abi-təcəddüd.
Bir başqa gözəllik duyulur əski cahanda,Vicdan çiçəyin güldürüyor tabi-təcəddüd
Bu gülləri təhqir qılan xar olacaqdır,Ehraz edəcək izzəti ərbabi-təcəddüd.
Parlatmadı sağlıqda dili-əhli-ləyali,Öldükdə qonar qəbrinə şəbtabi-təcəddüd.
Bir bakirə qızdır, qocalan ərlərə varmaz,Kəndisi kimi gənc arayar şabi-təcəddüd.
Maziyi-mücəssəmlərə verməkdə cəfayi,Hal əhlini etməkdə səfayib təcəddüd.
Qayətdə məhabətli gəlir, qərq edəcəkdir -Qə'ri-ədəmə xəsləri seylabi-təcəddüd.
Qəvvaslığı bilməyəni qərqə mühəyya,Pərvasız uçar səthdə mürğabi-təcəddüd.
Əmvaci-ziyadır, udur əfvaci-zülami,Etməkdə bunu əhlinə işrab təcəddüd.
Tə'til qılıb çərxini gərduneyi-təcəddüdİrca'i-nəzər eylə, olub maziyi-müzlim,
Gördünmü onu, eylədi bitab təcəddüd?Mərhumə birər fatihə göndərməli artıq,
Ölmüş o, yaşa sən də, ey əhbabi-təcəddüd!Hal əhli biziz, zadeyi-müstəqbələ qibtə,
Gündən-günə parlaq doğar ənsabi-təcəddüd.Tə'tili-vəzaif edir irqi-mütfəsad,
Təhriki-qüva etmədə ə'sabi-təcəddüd.Mazi ki, cəhənnəm idi, bağlandı qapısı,
Cənnətlər açılmış, bax, odur babi-təcəddüd.Ey gülşəni-hürriyyətə müştaq olan insan,
Mazini itir, istəmə, dəryab təcəddüd.Dur, müştəri ol gövhərrəxşani-nəvinə,
Aya nədir o?! Gövəri-nayabi-təcəddüd.Hər millətə bu Şövkəti bəxş etdi şəci'an,
Ənvərdir olan millətə vəhhabi-təcəddüd.Naqis dilədi söndürə müşkati-Kəmali,
Yandırdı, kül etdi onu ilhabi-təcəddüd.Son damla qanın tökdürəcək, verməyəcəkdi -
Bu dilbəri-gülçöhrəni əhzabi-təcəddüd.Tərzi-kühən ilə nəyə lazım bu oyaqlıq,
İzzətlə uyub görməlidir xabi-təcəddüd.Məşhərlərə zinət veriyor əksi-Niyazi,
Nə çöhreyi-Ənvər yağıyor abi-təcəddüd.Rüxsarına düşmüş dilinin əksi-ziyasi,
Cəzzabi-nəzərdir üluləlbabi-təcəddüd.Nazəndə ziyalar uçuyor nasiyəsindən,
Nurlandırıyor gözləri mehtabi-təcəddüd.Ənzarə ziya sərpiyor ol nuri-mücəssəm,
Oxşar ürəyi lövheyi-cəzzabi-təcəddüd.Səndən də gözəldir, səhərim, ruyi-həqiqət.
Şahidmi? Şu simayi-cahantabi-təcəddüd.Səndən də işıqdır, qəmərim, şəmsi-məhəbbət,

Minlər yaşa, ey ədl, müsavat, üxüvvət!