Bir qaranlıq gecəydi, tutmuş idi -Vətənin, millətin səhərlərini,
Qoymayırdı görünsün əxtərini,O qaranlıq ziyani udmuş idi.
Göz-gözü görməyirdi, müzlim idi,Vətənin sübhə bənzər əndami,
Solğun idi cəmali-gülfami,Qucağı növhəzari-matəm idi.
Birdən əsdi nəsimi-canbəxşa,Tarümar eylədi səhabləri,
Şö'lələndirdi afitabləri,İnqilab, təcəddüdünlə yaşa!
Üfüqi-haldən təbəssüm edənNədir o şə'şə'ati-hürriyyət?
Parla, ey bariqati-hürriyyət,Parlasın zülmətə qünudə vətən!
Gözümüz ağlayırdı sən güləsən!Nə qədər göstərirdin istiğna!
Füqərani bəyənməz əhli-qina,Sən də məğrureyi-qinami, nəsən?
Əcəba ağlamazmıdın, gözəlim,Görmüş olsaydınol şəhidanı,
Uğurunda axan qızıl qanı,Bir qızarmazdımı üzün, a gülüm?
Ən böyük müstəbiddsən cana,Qırdırırsan günahsız əhrarı,
Əşkbar eyləyirsən ənzarı,Rəhminə afərin, həzar səna!
Bu qədər matəm eylədi millət,Şimdi də gülmək istəyir könli,
Var vüsali-həqiqətə meyli,Olma bais fəraqə, ey afət!
Əsiyor dillərə nəsimi-həyat,Bağizari-xəyali güldürüyor,
Fikrinə tazə ruhlər veriyor,Dirilir kainati-hissiyyat.
Gülüşünlə gülür əməl çiçəyi,Millətin çöhrəsi olur xəndan,
Yolunu gözləyirdi müştaqan,Göydə idinmi, ey yerin mələyi?
Yüksəlir fikirlər "hilal" kimi,"Şirü xurşid" şö'lədari-zəfər,
Millet olduqca nurinə məzhər,Müstəbiddan qaçır zilal kimi.
Sənə qarşı əgərçi çox hürüyor,Mahparəm, kilabi-istibdad,
Onlar etdikcə hürməyin müzdad -Milləti nuri-təl'ətin bürüyor.
Sən qədəm qoyduğun xərabə zəmin.Mədəniyyətlə şən olur, abad,
O zəminlər, o mülklər, o bilad -Oluyor feyzin ilə xüldi-bərin.
Rəhgüzarında parlayır imran,Şəhpərindən həyatlər süzülür.
Nəğəmatınla mürdələr dirilir,Bir mücəssəm həyat olur o cahan.
Hanki Tur olsa mə'kəsi-nurun,Dəlinir pərtövünlə sinələri,
Çıxıyor ortaya xəzinələri,Kaşifisən künuzi-məsturun.
Səsinə səs verən dirilmişdir,Nəğməzadır lisani-hürriyyət,
Pürsədadır cahani-hürriyyət,Qulağa almayanlar ölmüşdür.