Söz Bulaq loqosu

Məhəmməd Hadi

Sofiyə-Zahidə

Şeirlər
Sofi! Gəl öyrən həyatın tərzini heyvandən,Dersən insanəm, fəqət bibəhrəsən ürfandən.
İştə, heyvan eyləyir tə'min istiqbalını,Böylə heyvan məncə əbzəldir səbükməğzandən.
Adəmizadə mükərrəmdir fəqət idrak ilə,Əfzəl olmazmı bəhaim dərksiz insandən?
Ey bəradər, aç gözün, qorxunc bir səhradəsən,Hifz qıl əmvalını bu yol kəsən düzdandən.
Madəri-müşfiqmi sandın bu qənəm surətləri?Ey quzum, şəfqət umulmaz gürgi-mərdümxardən.
Elmü ədəbdir şu zikrdən murad,Səbheyi-səddanə çevirmək deyil.
Mə'niyi-Qur'ani düşünmək gərək,Boş-boşuna ləfzini bilmək deyil.