Ey namə, sən ol kuyi-vəfadənmi gəlirsən?Ey peyki-bəşarət, o səmadənmi gəlirsən?
Könlüm açılır namənə baxdıqca, a yarım,Ləbrizi-sürur olmadadır qəlbi-figarım.
Məktubmudur, qönçəmidir baği-vəfadən?Güldür qoparılmış o çəmənzari-səfadən.
Əhsən, nə çiçək, nikhəti canbəxşi-rəvandır,Övraqi-lətifanəsi vəcdavəri-candır.
Namən mənə təbşir ediyor sübhi-vüsalı,Məs'ud olaram, ah, görərsəm şu cəmalı!
İştə sənə bir qönçeyi-naçizi cinanın,Al, qoxla, təsəlli tapa qəmdidə rəvanın.