Ey kainati-fikrətimin şəmsparəsi,Bilməm üful qıldımı bəxtim sitarəsi?
Eşqin cəhənnəmi yaxıyor xüldi-ruhumu,Yandırmayırmı könlünü ahim şərarəsi?
Rəhm eylə, ağlayır ürəyim bir çocuq kimi,Güldür, yetimdir, sənə qalmış idarəsi.
Ruhum qədər səmalərə pərvaz edən mələk!Ümmani-zülmünün niyə yoxdur kənarəsi?
Cövrünlə, dilbərim, dilim olmuş cərihədar,Mühlik cərihədir dilimin eşq yarəsi.
Məndən əgər fəraqi-müəbbədsə niyyətin,Ersin xitamə səfheyi-ömrün şümarəsi.
Bikəslərə nəzarət edər sayədarlər,Miskininə budurmu o yarın nəzarəsi?
Gözdən düşürmə bəndəni, ey hökmdari-hüsn!Aldatmasın səni bu vəcahət əmarəsi.
Məğrur hüsni-ani bu meydani-hüsndə -Çox görmüşəm piyadə qalıb şəhsüvarəsi.
Qıldım sənə hədiyyə bu cami-məhəbbəti,Ənguri-təb'imin budur iştə üsarəsi.
Hər dəmdə nəğmələr töküyor, nəğməsaz olurGülqönçeyi-həqiqətə fikrim həzarəsi.
Vəslin səbahi çıxmasa ruzum ləyaldır,Aram edən xəyalımı ancaq xəyaldır.