Hürriyyət ilə millət edər kəsbi-məali,Hürriyyət ilə mülkün olur qiyməti ali,
Avropalı hürriyyət ilə tapdı kəmali,Əlbəttə, əsarətlə olur məhv əhali,
Hürriyyətü sərbəstlik imrani-vətəndir.Azadə gərək şəxs, süxən, fikrlə xamə,
Hər kəs gələ hürriyyət ilə şövqə, xüramə,Ta kim, ola insan qədəməndaz məramə,
Sərbəstlik ilə olunur mülk idamə,Gər qalsa qüyudatdə, viran vətəndir.
Hər kəs həqi-məşruinə sahib gərək olsun,Qayətdə ədalətli qəvanin qoyulsun,
Ən faidəli qaidələr cari olunsun,Mizani-ədalət və müsavat qurulsun,
Mizani-ədalət demək imrani-vətəndir.Fasid olub əlhəqq vətənin abü həvası,
Hürriyyət ilə qabil olur üssi-əsası,Bişübhə pozulmuş bunun əvvəlki binası,
Meydanə qoyulsa yeni qanuni-əsasi,Qanuni-əsasi isə dərmani-vətəndir.
Sövq etmək üçün milləti şəhrahi-fünunə,Minlərcə əhali olub ağişteyi-xunə,
Diqqətli nəzər qıl, bunu həml etmə cünunə,Boş laf uran kəslərə olsun bu nümunə,
Bunlar şühədayi-rəhi-canani-vətəndir.Zülm atəşi hər yanə saçır dudeyi-zülmət,
Biçarə vətən sanki olub məhşəri-şərrət,Səhrayi-bəladə gəzir avarə rəiyyət,
Övladını bəslərmi belə madəri-şəfqət?Bu zillətə, bu möhnətə giryan vətəndir.