Söz Bulaq loqosu

Məhəmməd Hadi

Pəriyi-vicdan

Şeirlər
Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
Oylə bir huriyi-ismətdir şu yari-işvədarŞövqməndani-vüsalə boylə istiğna satar.
Ey behişti-e'tilanın huriyi-canpərvəri,Zinəti-dar oldu eşqin ilə əhrarın səri.
Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız,Xəndəzari-bəhcət olsun könlümüz, rüxsarımız.
Zəxmdari-hüzndür dil tiri-istibdaddən.Sənsən, ey hürriyyət, ancaq bizləri azad edən!
Qayeyi-ümmid insaniyyətin iqbalıdır,Cümlə qövmü millətin əmniyyəti-əhvalıdır.
Cami-pürzəhri-əcəl Hadini bihuş etmədən,Sineyi-leyli-ədəm cismin dərağuş etmədən,
Girməz idi həsrət ilə mədfənə, görsəydi, ah,Milləti-məzlumədə asari-feyzü intibah!