Söz Bulaq loqosu

Məhəmməd Hadi

Məhbubeyi-ruh – mənfureyi-ruh və mükalimələri

Şeirlər
Məhbubeyi-ruhFitrətən mən sevimli bir gözələm,
Baxışım ruhu cilvədar ediyor,Gülüşüm qəlbi xəndəbar ediyor,
Ruh üçün iştə qayeyi-əmələm.Mənfureyi-ruh
Fitrətən gərçi mən də mənfurəm,Süslərəm kəndimi, bəzəndirərəm,
Məğzsizlərə çox bəyəndirərəm -Özümü, söylərəm ki, mən hurəm.
Məhbubeyi-ruh(Məsxərəamiz bir təbəssümlə)
Ah, bədbəxt məxluq!Arizi rənglər müvəqqətidir,
Rəng odur bəxşişi-təbiət ola,Cövhəri-abdari-qüdrət ola.
Bu gühər calibi-məhəbbətdir.Mənfureyi-ruh
(Əsafili-nisvanə məxsus iyrənc, dadsızvə qeyri-təbii bir qəhqəhə ilə)
Sənə məyyal olan beş-onsa belə -Bu zəmini-zülampərvərdə,
Gəl təmaşayə, gör də hər yerdə -Mənə aşiqlər iştə minlər ilə.
Məhbubeyi-ru hYəqin bil və inan!
Sürəməz çox bu şanü daratın,Hali-hazır olur düçari-zəval,
Parlayar vəchi-paki-istiqbal,Kəfənindir sonunda zülmatin.
Menfureyi-ruhHali-hazırda hökmdar mənəm,
Mənə lazım deyildir istiqbal,Edəməm mən səbahi böylə xəyal,
İşbu günlərdə kamkar mənəm.Məhbubeyi-ruh
Ey qaranlıqdan istifadə edən,Çıxacaq sübhlər, nəhar olacaq,
Lə'nlərdən sənə məzarolacaq,Ey olan ləkkeyi-cəmali-vətən.
Mənfureyi-ruhƏn qaranlıq könüllər iştə mənə -
Şimdilik bir məzari-rəhmətdir,O könül kim, ziyali türbətdir,
Olsun o qəlblər məzar sənə!Məhbubeyi-ruh
Lə'nətin caygiri-vicdandır,Kəsb qıldın böyük-böyük nifrət,
Lə'nlərdən alırmısan ləzzət?!İştə al, lə'nlər həzarandır!
Lisani-i lhamHəqqə tabavər olmadı batil,
Olamaz ta ki var cahani-vücudHəqq olur calisi-səriri-xülud,
Batil eylər həyatini tə'til.Ey müariz, nəzər qıl əfaqə!
Səfhəsində şu söz mühərrərdir:Əbədiyyən ziya müəmmərdir!

Ey siyəh, bax şu lövhi-bərraqə.