Nihali-eşqi-əbnayi-bəşər xatirnişanımdır,Məhəbbət meyvəsi məhsuli-nəxlistani-canımdır.
Zülami-büğzdən pakizədir misbahi-vicdanım,Buna bürhani-sadiq fikrəti-pərtövfəşanımdır.
Qaralsın ol könül kim, boşdur ənvari-üxüvvətdən,Bu cümlə daima təzkarü övradi-lisanımdır.
Bütün övladi-adəm hasili-baği-təbiətdir,Onunçun növxahi-nəqşi-əlvahi-nihanımdır.
Ürək ərzində bəslənmiş əməl hübbi-ümumidir,Güvah istərmisən? İştə kəlamım tərcümanımdır.
Könül istər ki, olsun dəhr sülhabadi-ünsiyyət,Məni sövq eyləyən bu fikri-alişanımdır.
Bəşər ixvani-tinət, həm vətəndir aləmi-imkan,Bu hissiyyati-qüdsiyyə səfabəxşi-rəvanımdır.
Mühibbi-lanə olmaq şivəsin bülbüldən öyrəndim,Məvəddət gülləri xəndan olan yerlər cinanımdır.
Əgər zülmətpəsəndan hərbcuyi-ixtilaf olsa,Nə qəm, əhli-vifaqəm, tiği-rəxşanım zəbanımdır.
Bəyənməm xəlq ətvarın, əcəb müşkilpəsənd oldum,Həqiqət çünki əksəndazi-mir'ati-cünanımdır.
Edər mürği-dilim pərvaz fəshətgahi-lahutə,Nəzərdə gərçi cövlangahi-nasut aşiyanımdır.
Deyil süflayə mail, e'tilapərvəzdır ruhum,Onunçun şe'ri-ülvi cilvəarayi-bənanımdır.
Xəyalım hürr, can sərbəst, fikrim laübalidir,Məni azad edən sultani-əqli-nüktədanımdır.
Cahanda bərhəyat olduqca bitməz təb’i-fəyyazım,Məni intaq edən bir qüvveyi-mö’cüzbəyanımdır.
Zülali-fikri-səyyalım mühiti-latənahidir,Məni dilsir edən mənbə füyuzi-laməkanımdır.
Mən ol mərdi-süxəndanəm ki, sönməz məğzi-nəvvarım,Mənim feyz aldığım aləm vərayi-xakidanımdır.
Bəharistani-ömründə tərrənnümsaz olur bülbül,Həzari-naləkarəm, baği-aləm gülsitanımdır.