Baharın abü həvasından istifadə üçün,Müseyrələrdə xüramidədir əhali bütün.
Nəsimi-ətri-şəmim əsmədə xəfif-xəfif,Saçar məşamə füyuzatını lətif-lətif.
Bəhari-şə'şəəbarın həvayi-səfvətini,Duyardı seyr qılan didələr təravətini.
Gəzir nəzakət ilə mərdü zən, siğarü kibar,Çoluq-çocuq qoşuyor hər tərəfdə misli-həzar.
Kimi qonuşmadadır yari-qəmküsari ilə,Kimi düşünmədədir qəlbi-qüssədari ilə.
Kimi qünudeyi-fikrət, qəriqi-bəhri-xəyal,Kimi rübudeyi-səbrü vəsiləcuyi-vüsal.
Həyatdən kimi olmuş cərihədari-ələm,Zəbuni-dəsti-məsaib, əsiri-pənceyi-qəm.
Kimi tükənməz ələmlər ələddəvam əzər,Kimi mənim kimi laqeydü laübali gəzər.
Kimi cəlisi-nişimən, ənisi-hurliqa,Baxanda xatirə gəlməkdə xüldzari-bəqa.
Təbəq-təbəq kimi tutmuş əlində qönçeyi-tər,"Gözəl çiçək, güli-növdür..." - mədihələr söylər.
"Gözəl çiçək, alınız” cümləsilə guyandır,Şu güllər iştə səfabəxşi-baği-vicdandır.
Şu qönçə dəstələri zibbəxşi-saneyi-hur,O şanlı yerdə olur xəndəriz zövqü sürur.
Dəmətlər olmada pirayəbəxşi-dəsti-məhan,Dəmətlər olmadadır busədari-güldəhənan.
Dəmətlər olmada avizə zülfi-zibadə,Bir atəşin topa bənzər ləyali-leyladə.
Budur nümuneyi-darülqərari-hürriyyət.Tərənnüm eylə, oxu, ey həzari-hürriyyət!
Şu səmtdən oluyor musiqi təranənəvaz,Simaxi-müstəmiinə olur təninəndaz.
Edincə əhviyəsin gah-gah musiqi pəst,Gəlirdi guşimə guya tərənnümati-ələst.
Nəvayi-musiqə etməkdə dilləri təhziz,Nişat, şövq, şətarətlə ruhlar ləbriz.
Gəlincə naləyə birdən dəhani-musiqar,Dəruni-musiqədə san ötər həzari-bəhar.
Bir, iki, üç çocuq əldə cəridələr tutuyor,Onu bitirmək üçün hər tərəf gəzir, qoşuyor.
Çocuqlar olmada yer-yer qədəmnəhadi-xüram,Deməkdə hər birisi: iştə “ruznameyi-şam!"
Alır, oxurdu əcanib kəmali-ləzzət ilə,Yanında dinlər idi həmdəmi məhəbbət ilə.
Görünməyirdi fəqət bir cərideyi-islam.Bu hal qəfləti-islamı göstərirdi təmam.
Böyük, kiçik hamı dildadeyi-kəmalət idi,Bütün əhaliyi-islam qəriqi-qəflət idi.
Gəzərdi sərsəriyanə, səfilü avarə,Bütün əsiri-əyadiyi-nəfsi-əmmarə.
Bu halə qarşı təhəssürlə giryəbar oldum,Tutuşdu odlara könlüm, püriztirar oldum.
Oturmuş idi şu bir yanda düxtərani-səğir,Kitabı zinəti-ağuşi-istifadə edir.
Ələddəvam səhaiflə iştiğaldə həp,Qəriqi-bəhri-xəyal idi, sərbəduşi-ədəb,
Çəkib səhifələri pişgahi-əzhanə,Bu mənzərə veriyordu hüzuz insane.
Nə mənzərə, nə məlahətli bir həqiqetdir!Bu görnüş iştə lətafətnümayi-cənnətdir.
Buna nə gözlə baxır çeşmi-millət, ey əfsus,Şu məktəbi-mədəniyyətdən almıyormu dürus?