Ərzi-rüxi-bəhcət ediyor lövhi-təbiət,Feyzavəri-vicdan oluyor sanki həqiqet.
Bir kuhi-sərəfraz oluyor zivəri-ənzar,Baxdıqca fərəhyabi-hüzuz olmada əbsar.
Payində şu kuhun axıyor nəhri-səfadar,Nurdan yazılan xətt kimi sahədə parlar.
Zibi-ləbi-cu, rayihəbəxşa gülü lalə.Növbarə kimi, bə'zi erib həddi-kəmalə.
Baxdıqca gülə, laləyə, şol qönçeyi-alə,Bu gül, bu çiçəklər salıyor yari xəyalə.
Qarşımda bir orman ediyor ərzi-lətafət.Guşi-dilə gəlməkdədir ahəngi-təbiət.
Mə'şuqeyi-dil mənzəreyi-nəş'əfəzası,Vəcdavəri-can məşcəreyi-didərübası.
Güllər gülüyor, quşlar oxur, feyz saçır bad,Ol sevgili quşlar ediyor naləvü fəryad.
Möhnətzədələr hər biri bir dürlü nəvadə,San şivən edirlər bu çəmənzari-fənadə.
Səyyadi-sitəmpərvərə nifrin ediyorlar.Cəlladi-cəfagüstərə təl'in ediyorlar.
Zülm əhli xərab eylədi gülzari-vücudi,Eyvah, sitəm məhv elədi baği-şühudi.
İştə axıyor hüznlü bir səslə bulaqlar,Dərxatir edib tişəni şaxlar üçün ağlar.
Əvvəlcə məsərrətli könül yə'slə doldu,Gülzari-fəna qönçəsivəş çöhrəsi soldu.
Aya bu nasıl mənzəreyi-faciəzadır,Hər "pərdə"si, hər "fəsli” səzavari-bükadır?
Hər zərrədə məşhud olur asari-fəlakət,Bir cövhəri-qəmdənmi doğub tifli-təbiət?