Dil istər ibtisamını, gül, ey nigar, gül!Tərk eylə iğbirarını, ey işvəkar, gül!
Bir tərzi-dilrüba ilə, ey dilşikar, gül!Üşşaqın intizardadır, nazlı yar, gül!
Qaldır hicabı, ey mələki-xüldzar, gül!Etmə bu rütbə sətri-rüx, ey huriyi-cinan,
Sənsiz bu gün ağlayır ənzari-xakidan.Bir gülməyinlə giryə cahandan olur nihan,
Ol ləbgüşayi-xəndə ki, gülsün zəmin, zaman.Hər gülməyin min gül açar, ey bahar, gül!
Hər mənzərən min dil açar, ey nigar, gül!Bilməm nədir üzündəki asari-iğbirar?
Ey qönçeyi-səbahət, açıl, olma pərdədar.Çeşmi rəində, baği-təmənnadədir həzar,
Bir bunca etmə qəlbi-həzari cərihədar.Bülbül gözü yolundadır, ey gül'üzar, gül!
Güllər açar da, sən açıl, ey növbəhar, gül!Aləm görürsə məst olacaqdır xuramını,
Həsrətkəşani-eşqinə sun vəsl camını,Doldur bu cama badeyi-şövqü qəramını,
Çək tiği-intiqamını, al sonra kamını,Ey afəti-zəmanə olan kamkar, gül!
Ləbriz oldu sağəri-səbr, ey nigar, gül!Ərbabi-eşqə bunca sitəmlər rəvamıdır?
Hər dəmdə min cəfa çəkilir, ibtilamıdır?Könlüm Hüseyn, ərzi-dilim Kərbəlamıdır?
Səncə cəfa, yoxsa ki, eyni-vəfamıdır?Azadələr dimaninə ləbtəşnə yar, gül!
Ey hökmdari-təxti-cəfa, zülmkar, gül!Çox dəymə, sevdiyim, dili-möhnətmədarıma,
Rəhm eylə kimsəsiz yaşayan qəlbi-zarıma,Bir gün gəlir də zair olursan məzarıma,
Ağlarsan onda qəmli bu cismi-nezarıma,İndi inayət eylə mənə, ey nigar, gül!
Tərk eylə iğbirarını, ey işvəkar, gül!Qəlbin nədir? Ahənü ya səngxarəmi?
Lütf eyləməzmisən bu dili-dabdarəmi?Etmə xəraş dəsti-qürurunla yarəmi,
Bilməm bu həsrəti-dil aparsın məzarəmi?Ey qönçeyi-əməl, fəmin aç, pürməsar gül!
Hürriyyətin baharıdır, ey növbahar, gül!Tutmuş səhabəlar üzünü nuri-mahımın,
Məndənmi münfəil dili ismətpənahımın?Əvf istərəm də, nadimi oldum günahımın,
Bicamıdırmı hikməti fəryadü ahımın?Əfv eylə cürmümü, ey inabətşüar, gül!
Ey könlümə mədari-təsəlli nigar, gül!Rö'yada görsəm ər o behişti cəmalını,
Verməm həqiqətə bu vüsali-xəyalını,Əlfazə sığmayır deyim ülvi məalını,
Gəl xəndəzarə, tərk elə bu infialını,Ey fatehi-mülukəti-dil, şəhriyar, gül!
Üftadənə tərəhhüm et, ey şəhsüvar, gül!Yoxdur təhəmmülü dili-zarın bu nazə, ah!
Oldu yolunda ömri-giranmayəmiz təbah,Təqib edər şamı, təbii ki, bir səbah,
Ərzi-cəmali-xəndə qıl, ey nuri-intibah.Gül, gül, a sevdiyim, yenə gül, pürməsar gül!
Tərk eylə iğbirarını, ey gül'üzar, gül!