Pay dər qeydi-əsarət yaşamaqdansa əgər,Hürr ölmək belə min vüsləti-dildarə dəyər.
Səlli-seyf eyləyərək şanlı atıl meydanə,Mərdlik dəhrdə yüz min düri-şəhvarə dəyər.
Eylə izhari-həqiqət, nə təbəsbüs yeridir?Çün "ənəlhəq” deyənin başı səri-darə dəyər.
Hümmətin süst qılıb kardan əl çəkmə, səbəb?Xəlqə xidmət nə qədər məxzəni-dinarə dəyər!
Qiymətin etməsə təqdir vətən əhli, nə qəm,Bu açıqdır ki, məlamət oxu əhrarə dəyər.
Sal nəzər nəfi-ümumiyə, ey ərbabi-səbat!Olma rəncidə bu yolda ayağın xarə dəyər.
Lövheyi-fikrinə yaz: "hübbi-vətən" ünvanın,Vətənin xaki-siyahi zəri-nəvvarə dəyər.
Hübbi-Leylayi-əməldə bu yəqindir, Hadi:Səngi-kudəkmənişan Qeysi-fədakarə dəyər.
Xəlqdən kəs təmə’i eylə də ibrazi-hünər,Nuri-həq çöhrəsinə azü təmə pərdə çəkər.