Söz Bulaq loqosu

Məhəmməd Hadi

Lövheyi-bahar

Şeirlər
Xürrəm olur bahar görəndə xüramini,Gülməzmi qönçələr görələr ibtisamini?
Xüramə gəl, a sevgilim, nihali-sərvzari gör,Çıx, ərzi-ibtisam qıl, bahari-feyzbari gör,
Gəzib çəməndə, bülbülüm, güli-şükufəzari gör,Şu növşükufə güllərin üzündə əksi-yari gör,
Şükufələrdə bərq uran ziyayi-ibtisamə bax,Əsəndə nəfheyi-səba, çəməndə bir xüramə bax,
Nəsim önündə səfbəsəf səlami-ehtiramə bax,Nəzərfiribi-nazirun şu cilveyi-qəramə bax:
Bu cilvəgahi-hüsndə cəmali-gül'üzarı gör.Parıldayır gümüş kimi çəməndə cuyi-mövcədar,
Axar dəruni-bağdə, qılar riyazı tabdar,Bulaqlar əşkrizi-qəm,təranəsazdır həzar,
Bu lövheyi-həyatdan al aqil isən e'tibar:Rümuzi-sün'ü anlamış, nəşaidi-həzarı gör.
Çiçəklərin vərəqləri kitabi-e'tibardir,Vərəqlər üzrə sətrlər xütuti-dəsti-yardir,
Bu lövhəzari-mə’rifət dəlili-kirdgardir,Baxılsa çeşmi-huş ilə cahan ki, vəhyzardir,
Hicabi-əqli çak edib cahanda vəhyzarı gör.Əşi'ərizi-feyzdir səmadə şəmsi-xavəri,
Nəsimi-ruhbəxş edir çəməndə zində gülləri,Bu mənzəri-nəzərrüba oyandırır könülləri,
Fərəhfəzayi-ruhdir yaşıl-yaşıl çiçəkləri,Behiştdən nişan verir, fənadə xüldzarı gör,
Təfərrüc ilə seyr qıl bədayeyi-təbiəti,Cahan ki, bir cəridədir əgər bilinsə qiyməti,
Keçir gözündən, ey gözüm, cərideyi-həqiqəti,Bu təb'gahi-sün'də çıxan kitabi-hikməti

Nigahi-intibahə al, sərairi-nigarı gör!