Ey baği-əməl, açıl, bahar ol,Ey sevgili qönçə, xəndədar ol!
Çıx pərdədən ərz qıl cəmalın,Gülsün bizə cöhreyi-kəmalın.
Şəhbali-xəyal uçur fəzani,Ta seyd eləsin o dilfəzani.
Nədir şu və’di-əkazib ki, aldadır bəşəri?Nədir bu leyli-əməl, parlamaz bunun səhəri?
Əməl, o və’di-müxəyyəl, ənisi-fikrətdir,Xəyal zənn ediyor kim, o bir həqiqətdir.
Əməl, əməl, a müdeyyir bədiəgahi-cahan -Ki, sənsən iştə təsəllikünəndeyi-insan.
Sən olmasan nəyə lazım həyati-bimə'na?Səninlə görmədəyiz həp şirin-şirin rö'ya.
Sən olmasan, bu əvalim məzardır bəşərə -Ki, sənsən iştə vəsait bütün bu xeyrü şərə.
Ümid olmasa, insan yaşarmı dünyada?Gəzər ümidi-məali səmayi-xülyada.
Misali-kövkəbi-rəxşan bədi’eyi-amal,Həqiqəti-bəşəriyyətdə nurbəxş xəyal.
Bu hay-huyi-rəqabət, bu mövci-cuşacuş,Cahani-xilqəti sarsır, əməl baxar xamuş.
Deyilmi qönçeyi-ümmid gördüyün güllər?!Ümidə qarşı nəğəmsazdır o bülbüllər.
Deyilmi meyveyi-ümmid ənfəsi-asar?Cahani-Qərbdə işraq edib nasıl parlar!
Səninlə dillər olur daima təsəllisaz,Nə dilfiribsən, ey dilbəri-xəyalnəvaz!