Söz Bulaq loqosu

Məhəmməd Hadi

Şeyxlərə-işanlara

Şeirlər
Afərin olsun sənə, ey "filusuf"i-zifünun!Pərvərişyabi-fünunun zümreyi-layə qilun.
Gəlsə ərbabi-zəka tə'lim üçün dərgahına,Lövhi-idrakı olur qəlbin kimi zülmətnümun.
Rahbərmi, rahzənmi olduğun mə'lum ya,Peyrəvani-məsləkindir firqeyi-layüflihun.
Pək böyük sərvətlilər e'lani-iflas eylədi,Layiqi-heyrət budur hala "və hüm layəş' ürun".
Bunca aldandıq yetər, ey sevgili ixvanımız!İştə ədvari-təyəqqüzdür “məta ma tərqüdun".