Söz Bulaq loqosu

Məhəmməd Hadi

Bir mütəəllim rəfiqimin fotoqrafına qarşı söylənmişdir

Şeirlər
[Rəşad]! Ey mayeyi-arami-canım!Sənə ayinədar olmuş cinanım.
Bu rəsmin düşdü dəsti-ehtiramə,Gətirdi ruhumu şövqü qəramə.
Olub rəsmin mənə pirayeyi-dəst,Vüsalın nəş'əsilə ruh sərməst.
Nə amalın ki, könlündə nihandır,Onu təfsirə çeşmin tərcümandır.
Nədir, yarəb, bu mə'nidar gözlər!Nə canpərvər bu əfsunkar gözlər!
Nə lahuti-nigahi-dilrübadır!O mes'umanə gözlər şövqzadır.
Cəbinində mücəssəm nuri-hikmət,Səni əhsən yaratmış dəsti-qüdrət.
Fəqət aldanma yalnız hüsni-anə,Çalış tənviri-əfkarü cənanə.
Oxu, təhsil qıl adabü irfan -Ki, ta olsun münəvvər fikrü vicdan.
Oxu, ehraz qıl adabü irfan -Ki, ta olsun münəvvər fikrü vicdan.
Oxu, ehraz qıl elmü kəmalət,Ələ düşməz, quzum, dövri-səbavət.
Rəşadın elmdir axır muradi,Bu amalında məsləkdaşı Hadi.
Əgər tabe isən fikri-rəşadə,Qedəmran ol da minhaci-sədadə.
Camalındır nəzərpirayi-vicdan,Nigahında nümayan feyzü ürfan.
Əgər könlüm ola bir an sənsiz,Həzari-dil qalar, san kim, çəmənsiz.
Qalırsa dil əgər biganə səndən,Yəqin bil ayrılır xülqi-həsəndən.
Neçin qəmli baxırsan kainatə,Mükəddərsənmi, bilməm ki, həyatə?
Həyat insan üçün bari-girandır,Bunu anlar o dil kim, nüktədandır.
Bunu şe'rindən aldım, yavrum, mən,O şe'ri-dilbərində söyləyirsən:
"Nişatım naqis, eyşim bisəmərdir,Mənimçün bir böyük, artıq kədərdir.
Yazıb qıldım bu məktubu rəvanə -Ki, hissiyyatımı çəksin bəyanə".