Söz Bulaq loqosu

Məhəmməd Hadi

Mələkim, nədir o?

Şeirlər
Nuri-vəfamıdır nigəhindən uçan ziya?Gözlər könül açılmaq üçün gül dodağını.
Gülşən pərisi açmağa əndami-ibtisam,İstər nəsimdən duya bilsin sorağını.
Mürği-məhəbbətim uçuyor baği-qəlbinə,Ey gülnəhal, göstər ona gül budağını.
Tiflanə tərz ilə gəlir ağuşi-nazinə –Tifli-dilim, aç ona, gəlsin, qucağını.
Ol gördüyün qaramı düşüb qəlbi-laləyə?Qəlbim kimiydi bəsləmədə lalə dağını.
Düşsə nigahı çöhrənə tüffahi-əhmərin,Məhcub olur görəndə bu əhmər yanağını.
Yusifləri əsiri-çəh etməkçin, ey sənəm,Aç, aç, əyan qıl o zənəxli buxağını!
Gizlətmə zülfünü, qıl onu ziynəti-üzar,Tök ruyi-qönçərənginə rövnəqlə bağını.
Mahiyi-dil ki aşiqidir dami-hüsnünün,Ümmani-eşqdən, gözəlim, çəkmə ağını,
Ey kainati-ruhuma sultan olan pəri!Yandır biladi-qəlbimi, pozma dimağını.
Nuri-xəyalın ilə həqiqət dilimdədir,Könülümdən əksik etmə xəyalət çirağını.
Ey mütribi-hərəmgəhi-lahut, dəmbədəm -Çal sazi-dilnəvazını, göndər bəlağını.
Gözdən iraq Hadini, qəlbindən etmə dur,Bir lütfin ilə oxşa, a hurum, irağını!
Ərbabi-zilalın əməli cümlə həbadır,Bu mənzərə, əlhəq ki, səzavari-bükadır.
Türklər nə gözəl məsəl demişlər:"Dünyanı ümid ilə yemişlər".