Söz Bulaq loqosu

Məhəmməd Hadi

Saqiyə bir niyazi-ricaməndanə

Şeirlər
Saqi, ələ al cami-səfabəxşi-rəvani,Lütf eylə dəmadəm bizə ol ruhi-rəvani.
Sun bizlərə ol badəni kim, əqlrübadır,Huşyar olan adəm çəkəməz bari-girani.
Səhbayi-dili-arifi ləbrizi-şərab et,Ta ərzi-cəmal eyləyə əsrari-nihani.
Ol mey ki, onu nuş ediyor zümreyi-əhrar,Şayani-məlamət görəməz kimsə cavani.
Azad olayım dersən əgər dəsti-bəladən,Dərk etmə şüunati-xirədsuzi-cahani.
Yüz min həsəd ol cahili-gümkərdəşüurə -Bilməz qəmi möhnətkədeyi-kövnü məkani.
Qabilmidir aqil ola tabavəri-möhnət?!Əql olsa cavan, pir qılar şanlı cavani.
Bilmək nə demək? Salibi-asayişi-candır.Bilmək edər, əlbəttə, qəmabad cinani.
Rahətmi yaşar mə'rifətənduzi-məali,Eylərmi təbəssüm rüxi-ərbabi-məani?
Ol dil ki, edib hüzni-ümumi ilə ülfət,-Zənn etmə görər bir daha rüxsari-məsərrət.