Söz Bulaq loqosu

Məhəmməd Hadi

Sevgili şagirdlərimizə ərməğan

Şeirlər
Dəbistan bir baharistan, onun əzhari ürfandır,Dəbistan bir nihalistan, onun əsmari ürfandır.
Dəbistan qönçəzari-bülbülani-eşqpərvərdir,Şu baği-dilgüşanın bari-qiymətdari ürfandır.
Baxılsa çeşmi-imanla, bütün kaşaneyi-aləmXərababad bir xanə, onun me'mari ürfandır.
Dəmiryollar, balonlar, bunca asari-tərəqqibəxş,Bu imrani-cahanın mənşəi-asari ürfandır.
Bütün əsrari-məchulə parıldar sübhi-məktəbdən,Dəbistan bir günəş, ənvari-pərtövbari ürfandır.
Dəbistan bir qəfəs, şagirdlərdir, bülbüli-lahut,Dəbistan - lərz... onun mə'nayi-mə’nidari ürfandır.