Söz Bulaq loqosu

Məhəmməd Hadi

Amali-tərəqqi

Şeirlər
Həqiqi arizumuz intizami-hali-millətdir,Məsaimiz bütün məsrufi-istikmali-millətdir,
Əsasi-fikrimiz tə’mini-istiqbali-millətdir,Ürəkdə bəslənən amalımız iqbali-millətdir,
Yeganə nöqteyi-mətlub istiqlali-millətdir.Olubdur dağdari-qəm vətən nari-cəhalətdən,
Sönüb, nuri-maarif tündbadi-cəhlü qəflətdən,Yox asari-səadət, dop-dolu xari-şəqavətdən,
Vətən gülzarı xar olmuş yədi-ərbabi-şərrətdən,Bizim məqsudimiz islahi-hali adəmiyyətdir.
Vətənpiraydir bir qönçeyi-növxizi-ruhani,Soluq baği-həyatə tabbəxş olmaqda ürfani,
Füyuzatilə ehya etmək istər baği-vicdani,Nəsimi etmədə təhziz hissiyyati-insani,
Rəvayihbəxşü bəhcətzayi-gülşənzari-millətdir.Cahanə gəlmədən məqsud təhsili-məanidir,
Məani baisi-neyli-həyati-cavidanidir,Məani şəhrə-insaniyyətə üssül-məbanidir,
Məanipərvər olmaq bizcə əqsayi-əmanidir.Ən istəkli əməlmiz irtiqayi-mülki-millətdir.
Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,Həqiqətlə edər növ’i bəşər təhsili-hürriyyət,
Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,

Həqiqətbin olanlar vasili-fövzü hidayətdir.