Söz Bulaq loqosu

Məhəmməd Hadi

Rəhgüzari-mətbuatda lövheyi-şəfqət, yaxud üç zavalli

Şeirlər
Nədir bu lövheyi-şəfqət ki, rəhguzardədir?Nədir o xətti-mihən səfheyi-üzardədir?
Nədir o mənzəreyi-qəm, süruru ağladryor?İki sevimli şükufə düşüb qübardədir?
İki çocuq - iki güldür, türabə düşmüş, ah!Zavallı başları, seyr eylə kim, kənardədir.
Sükutə dalmış o qızlar türabi-zillətdə,Keçənlərə baxıyor, madər ixtirardədir.
Pədərləri nerədə? Başqa bir diyardəmi,Şərabi-mövtü içib yoxsa ki, məzardədir?
Nədir şu yə's, təbəssümnümayi-simadır,Nədir şu qəmli baxış, çeşmi-hüzndardədir?
Üzündəki ələmi tərcümani-möhnətidir,Nədir o leyli-siyəh çöhreyi-nəhardədir?
Könül sərairinin əksgahidir rüxsar,Çıxar üzə qəmi kim, qəlbi-qüssədardədir.
Mənim də ruyum, əvət, tərcümani-qəlbimdir,Gəl anla ol qəmi Hadiyyi-dilfikardədir.