Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət.Məktəb nə demək? Baisi-ülviyyətü şövkət.
Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət.Məktəb nə demək? Rəhbəri-irşadü səadət.
Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəb nə demək? Heyəti-milliyyəyə candır.Məktəb nə demək ruhi-didi mürdədilandır.
Ariflərə həmvarə bu söz virdi-zəbandır:Əlməktəbü, əlməktəbü, ey millət, amandır,
Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəb nə demək? Əncüməni-əhli-səfadır.Məktəb nə demək? Bariqeyi fəkri səmadır,
Neyyirləri həp şəşəəbəxşeyi-dühadir,Pərvərdeyi-ağuşi olanlar üdəbadır.
Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəblə bulur təsfiyə ayineyi-vicdan,Məktəblə edər kəsbi-şəraf zadeyi-insan,
Məktəblə görər tərbiyə həp gülşani-ürfan,Təzkar edək ixvanımıza şu sözü hər an:
Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!