Söz Bulaq loqosu

Məhəmməd Hadi

Hissiyyati-madəranə

Şeirlər
İştə növzadın edib zibi-kənar,Gah öpər, oxşar onu, gəh qoxular.
Madər öpdükcə bu məhparəsini,İylədikcə rüxi-canparəsini,
Oynayır tərzi-lətifanə ilə,Dadlı bir şiveyi-tiflanə ilə.
Anası olduğuca busərübaXəndələr saçmada tifli-rə'na.
Gah öpərkən oluyor giryəfəşan,Madəri-müşfiq olur pürxələcan.
Tifli-naziktəridir qönçeyi-tər,Üzünə gözləri san jalə səpər.
Şu səmavi gözü yağdırmada ab,Gülşəni-ruyinə bəxş etmədə tab.
Duruyor oxşamağa zadəsini,Sevgili, nazlı xudadadəsini.
Üzünü, gözlərini silmədədir,Yenidən nazlı çocuq gülmədədir.
Nə şirin, dadlı həqiqətdir bu,Hissbəxşayi-təbiətdir bu.
Nə gözəl mənzəreyi-şəfqətza,Nə lətafətli, nə ruhani səfa.
Əvət, övladı ana sevməlidir,Ən gözəl tərbiyəni verməlidir.
Safü şəffafdır övraqi-dili,Nazənin bərgi gözəl bəsləməli.
Baxmasaz yaxşı çigərparələrə,Yazıq olmazmı şu biçarələrə?
Tiflayinə kimi əksnüma,Necə baxsan olacaq çöhrənüma.
Biədəb bəsləməyin tiflanı,Mə'rifətpərvər edin sibyanı.
Saflandır, ana, zehnü huşun,Məhdi-adab oluyor ağuşun.
Oluyorsun ana fərzanələrə,Sən sədəfsən düri-şəhdanələrə,
Şirbəxşəndeyi-övladi-zəman,Ədəbamuzi-ümumi-insan.
Millətin nisfini təşkil qılan -Siz deyilsizmi, a nisvani-cahan?
Bədənin nisfi məriz olsa əgər,Göstərərmi bu bədən fəzlü hünər?
Cismi-ifliczədə bir xüşki-dirəxt,Verəməz meyveyi-insaniyyət.
Qabili-feyzi-təcəlli olamaz,Naili-məqsədi-ali olamaz.
Nə zaman kəsbi-ülum etsə nisa,Cismi-millət tapacaq onda şəfa.
Elmlə ruha müdavat olunur.Elmlə kəsbi-füyuzat olunur.
Elmdir şəmsi-səbahi-əzəli,Elm tənvir edər afaqi-dili.