Yüksək dilək, ay dilək,Aydın dilək, “ay” dilək,
Yolçuyuz, yol üstünəİşığını yay, dilək.
Parlaq dilək, ay dilək,Gözlərdən də bay dilək.
Sansız işıqlarındanMillət alır pay, dilək.
Səninlə gözlər gülər,Alınlar, üzlər gülər.
Hansı dodağa qonsan,Ağızda sözlər gülər.
Bir külfətin içindəSənsən işıqlı xəndə.
Adın “təbəssüm” olmuşXoşbəxt olan dəhəndə.
Xəstələrə səhhətsən,Gücsüzlərə qüvvətsən.
Dünya cəhənnəm olsa,Sən özün də cənnətsən.
Dirilik zəhmətlidir,Çox da mərarətlidir.
Həqiqət aləmindəXəyalın ləzzətlidir.
Bu ağır yük çəkilməz,Şu acılar içilməz.
Sənsiz, a parlaq dilək,Qaranlıqlar keçilməz.
Yol göstərən, ay dilək,Nicatın özü sənsən.
Yaşamağı sevdirən –Sözümün düzü sənsən.
Dirilik qaralanda,Onun gündüzü sənsən.
Biz ağlardıq həmişə,Güldürə biri sənsən.
Qaranlıqların, iştə,İşıq ulduzu sənsən.
Yerdə səadət varsa,Şəksiz ki, izi sənsən.
Məyus olma, amandır,Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,Millətim qəhrəmandır.