Söz Bulaq loqosu

Məhəmməd Hadi

Dilənçi

Şeirlər
Götürüm bir səfili-cadənişin,Bürümüş çöhrəsin zilali-məlal,
Yazılıb çeşminə məali-süal,Bu da bir şeirdir müfadi həzin.
Sürünür şil ayaq ilə bazarı,Nə rəzil ömr, nə həyati-səfil!
Yaşayır cism əlil,.. ruh zəlil,Yaşamaqdır bunun da azarı.
İstəyir kəndini keçindirsin,Hər keçən daşürəklərə baxıyor,
Büzüyor vəchini və yalvarıyor,Bəlkə onlar bunu sevindirsin.
Bu da bir qəmli şe'ri-xilqətdir,Şairi boylə eyləmiş inşad,
Bə'zi şe'ri-həzin, bə'zisi şad,İştə qabliyyəti-təbiətdir.
Gər bu isə həyat, ölmək xoş!Şanlı ölmək gözəl deyilmi? Bəli.
Vardır amma bunun da bir əməli,Yaşasın kiseyi-süal bəduş.
Ne şirinsən!.. Ne dadlısan, a həyat!Kimsə əl çəkmək istəmir səndən,
Qorxuyor zihəyat mədfəndən.Ne acı, təlxsən, a cami-məmat!