Söz Bulaq loqosu

Şair

Abbas Səhhət

1874 (Şamaxı) – 1918 (Gəncə) · Quzey Azərbaycan

Janrlar vətən şeiri, uşaq şeiri, lirik şeir

Abbas Səhhət

Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər).

Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.

Kataloq

Şeirlər

31 şeir
  1. Ata və oğulAy dədə, dur get mənə çox şeylər al!
  2. Məktəb şagirdiİştə bir tərbiyəli, aqil bir uşaq,
  3. Tülkü və qurdTülkü gəzəndə yıxılıb nagəhan,
  4. VətənKönlümün sevgili məhbubu mənim,
  5. İlk baharGəldi martın doqquzu,
  6. Ana və balaOturmuş ana,
  7. Ana və oğulHər sabah gün ki, saçar aləmə nur,
  8. Ayı və şirƏlbir olub bir ayı bir şir ilə,
  9. Bir məktəbdə imtahanİmtahan məclisi qurulmuşdur,
  10. Oğru və anasıBir məktəbli oğurladı bir vəqti
  11. YazO gün ki fəsli-yaz olar,
  12. İt və kölgəsiBir it ağzında bir sümüklə səhər,
  13. CücələrCücələrim birər-birər,
  14. CücələrimCücələrim birər-birər,
  15. Güllərin bəhsiQızılgül:
  16. Qaranquş balalarıAy quşcuğazlar, nə yaraşıqlısız,
  17. QuşlarQuşlar, quşlar, a quşlar!
  18. Tülkü və meymunDedi bir tülküyə bir gün meymun:
  19. TənbəlÇox yatma, dur a tənbəl,
  20. İki uşaqYoldaşına bir uşaq
  21. Ayı və arılarBir ayının düşdü yolu bir zaman
  22. Aşpaz və pişikKeçmiş əyyamda, köhnə dövranda
  23. Gün və küləkBir zaman oldu belə bir qovğa,
  24. KöçSəhər-səhər yaz çağı,
  25. Ot biçiniGöy çəmənin ətri tutub hər yeri,
  26. QışPayız çatanda axıra boranlı, qarlı qış yetər,
  27. Yay səhəriOd tutub qırmızı atəşlə yenə yandı üfüq,
  28. Yay səhəriƏkinçilər, - yay gecəsiydi kənddə,-
  29. İki danaGetmişdi bir cüt dana,
  30. Qarışqa və milçəkDedi bir gün qarışqaya milçək:
  31. Əkinçi nəğməsiDarı, küncüt, arpa, buğda əkməsəm,