Söz Bulaq loqosu

Abbas Səhhət

Ayı və arılar

Tarixi bilinməyən şeirlər
Bir ayının düşdü yolu bir zamanBal arısı kəndisinə nagəhan.
Yıxdı yerə kəndini dərhal ayı,Ta dağıdıb sonra yesin bal, ayı.
Agah olan tək arılar haldan,Oldular aşiftə bu əhvaldan.
Ol ayını döyməyə bilittifaq –Eylədilər həmlə hərə bir sayaq.
Gördü fənadır işinin axiri,Qaçdı o saət ayı ordan geri.