Yoldaşına bir uşaqDedi: – Dur gəl oynayaq.
Oynamağın vaxtıdır,Qızılgülün taxtıdır.
Qızılgülü əkərlər,Misqal ilə çəkərlər.
Gedək görək uşaqlarBağda nə cür oynaqlar.
Yoldaş dedi: – Qardaşım,Dinmə, ağrıyır başım.
Açılsa gül olsa yaz,Mənim könlüm açılmaz.
Mən dərsimi bilmirəm,Oynamağı neylirəm.
Bunu dedi o birisi:– Bu gün qoy qalsın dərsi,
İndi hələ gəl gedək,Bağda gəzib seyr edək.
Ertə durarsan səhər,Dərsi edərsən əzbər.
Yoldaşı verdi cavab:– Danışma bəd-bihesab,
Sübhə bugünkü işiQoymaz ağıllı kişi.
Dərsimi hazırlaram,Sonra gedib oynaram.