Söz Bulaq loqosu

Abbas Səhhət

Tənbəl

Tarixi bilinməyən şeirlər
Çox yatma, dur a tənbəl,Yatsan, olar iş əngəl.
Gün dağlara yayıldı,Hər bir yatan ayıldı.
Yar-yoldaşın səhərlərTez məktəbə gedərlər.
Sən çəştədək yatırsan,Pal-paltarın atırsan.
Xeyri-şərin qan, oğlum,Öz halına yan, oğlum.
Bir azca himmət eylə,Bir azca qeyrət eylə.
Hər kim dilər şad olsun,Getsin çalışqan olsun.