Dedi bir tülküyə bir gün meymun:– Səndə, yoldaşcığazım, çoxdur yun,
Mən, görürsən ki, nə cür üryanam.Müstəhəqqi-kərəmü ehsanam.
Tükün əndazədən artıq görünür,Quyruğun, gör necə, yerlə sürünür.
Elə bir lütfi inayət, tülkü,İltimasimi icabət, tülkü.
Saxla əvvəl sənə lazım olanı,Ver mənə sonra o artıq qalanı.
Bürüyüm mən də onunla özümü,Mərhəmət eylə qəbul et sözümü.
Söylədi tülkü: – Əbəsdir bu xəyal,Məndən ol mərhəməti etmə sual.
Quyruğum gərçi uzundur, a kişi,Var onun kəndinə məxsus işi.
O həmişə süpürür torpağı,Mənə lazımdır onun olmağı.