Söz Bulaq loqosu

Abbas Səhhət

Quşlar

Tarixi bilinməyən şeirlər
Quşlar, quşlar, a quşlar!Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,Gah yerdə, gah yuvada.
Qonun bu tək budağa,Çox getməyin uzağa.
A quşlarım, getməyin,Məni qəmgin etməyin.
Quşlar, neçin gedirsiz?Yoxsa ki seyr edirsiz?
Quşlar uçdu, əkildi,Vay, səsləri kəsildi.
Bir səs gəlir uzaqdan,Mən dinlərəm bayaqdan:
Söylər ki, qış yavuqdur,Sizin yerlər sovuqdur.
Var isticə ölkələr,Qışda bizə xoş gələr.
Səbir eylə, qoy yaz olsun,Bir qar, yağış az olsun,
Sovqat gətirər quşlarSizə gözəl mahnılar.