Ay quşcuğazlar, nə yaraşıqlısız,Can kimi bəsləməyə layiqlisiz.
Nədir o istəkli, o heyran baxış,Nə dadlı cik-cik, nə gözəl çırpınış!
Birdən ucaldı niyə cik-cikləriz,Pəh-pəh, açılmış sarı dimdikləriz.
A bəxtəvərlər, ananız gəldimi?Qondu yuva üstünə, dincəldimi?
Görcək onu səslənməyə başladız,Civiltilərlə əcəb alqışladız.
Yem gətirib yoxsa sizə verməyə,Ya ki gəlib bir quru dindirməyə?