Söz Bulaq loqosu

Abbas Səhhət

Ata və oğul

Tarixi bilinməyən şeirlər
Ay dədə, dur get mənə çox şeylər al!Bir dənə çanta, bir-iki dəftər al!
Mən dayım oğluyla gəlirdim bayaq,Gördüm o məktəbdə oxur çox uşaq.
Durdum ora pəncərədən baxmağa,Dərslərinə azca qulaq asmağa.
Dərsləri yetdikdə, dədə, axirə,Oxudular elliyi birdən-birə.
Hamısının yaxşı tuturdu səsi,Hər kim ola görsə düşər həvəsi.
Çöldə məni gördü müəllimləri,Tutdu apardı özü lap içəri.
Xeyli danışdırdı məni, dinlədi,Sonra nəvazişlə mənə söylədi:
– De səni göndərsin atan məktəbə,Elm oxuyub ta yetəsən mətləbə.