Söz Bulaq loqosu

Abbas Səhhət

Məktəb şagirdi

Tarixi bilinməyən şeirlər
İştə bir tərbiyəli, aqil bir uşaq,İştə bir zirək, ayıq, kamil uşaq,
Geyinib məktəbli formasını,Götürüb qoltuğuna çantasını,
Məktəbə şövqi-tama ilə gedir,Keçməsin vaxtı deyə sürət edir.
Gecə-gündüz çalışır mərdanə,İstəyir sibqət edə ərqanə.
Könlünün arizuyla-yektası:Vətənü millətinin ehyası.
A çocuq, get sənə haq yar olsun.Cümlə halında mədədkar olsun.
Elm təhsili əziyyətli isə,Qışda yol getməyi zəhmətli isə,
Qorxma qeyrətlə çalış, əlbəttə,Biləcəksən, oxusan tez vəqtə –
Ki, cahan içrə böyük insanlar,Nə qədər zəhmətə düşmüş onlar.
Sinfi-ədadini təkmil eylə,Məktəbi-alidə təhsil eylə.
Səy elə, sən də böyük insan ol,Doğruluqla bu ada şayan ol!
Qoy cahan elm ilə pürnur olsun,Vətən o sayədə məmur olsun.