Söz Bulaq loqosu

Abbas Səhhət

İt və kölgəsi

Tarixi bilinməyən şeirlər
Bir it ağzında bir sümüklə səhər,Su kənarından eyləyirdi güzər.
Suda öz kölgəsin görüb o zaman,Sandı bir özgə itdir ol heyvan.
Sümüyü atdı tez o bir yanə,Suya vurdu özün hərisanə,
O iti ta ki, qorxuya salsın,Bəlkə ağzındakı əti alsın.
Tapmadı bir şey, oldu çox qəmgin,Həm itirdi nahaq yerə xörəyin.
Kölgəyə uyma, hirsü qəflətdənTa əlin çıxmasın həqiqətdən.