Söz Bulaq loqosu

Abbas Səhhət

İlk bahar

Tarixi bilinməyən şeirlər
Gəldi martın doqquzu,Bayram etdik Novruzu.
Qar əridi, yox oldu,Çaylarda su çox oldu.
Dağlar çöllərə dişərdi,Novruzgülü göyərdi.
Gecə-gündüz tənləşir,Hava hərdən çənləşir.
Dağa qalxır dumanlar,Tez-tez yağır leysanlar.
Yüngül, sərin meh əsir,Yağmuru birdən kəsir.
Aralanır bulutlar.Təravətlənir otlar.
Düşür günün ziyası,Artır yazın səfası.
Göy üzündə bir qəşəngTa görünür yeddi rəng.
Gözəl qövsi-qüzehlər,Qəlbə verir fərəhlər.
Quşlar ötür çöllərdə,Ördək üzür göllərdə.
Əsir isti küləklər,Uçur qazlar, ördəklər.
Yarpaqlanır ağaclar,Yaşıllaşır yamaclar.
Seyrə çıxır uşaqlar,Göy çəməndə oynaqlar.