Söz Bulaq loqosu

Abbas Səhhət

Ana və bala

Tarixi bilinməyən şeirlər
Oturmuş ana,Basmış bağrına –
Nazlı körpəsin,Layla der ona.
Uşaq yatmayır,Baxır, ağlayır,
Anası onuBu cür oxşayır:
“Dağda darılar,Sünbülü sarılar,
Qoca qarılar,Bu balama qurban.
Dağda tağanlar,Bir-birin boğanlar,
Oğlan doğanlar,Bu balam qurban.
Bir bölük atlar,Atlar göy otlar,
Ərsiz arvadlar,Bu balama qurban.
Dağın maralı,Gözü qaralı,
Dünyanın malı,Bu balama qurban”.